“Aygünə söz atanın...”

29 Avqust 2013 20:52 (UTC+04:00)

Prodüsser Tolik xalq artisti Aygün Kazımovanın müdafiəsinə qalxıb.

Axşam.az-ın məlumatına görə, o, İnstaqram səhifəsində müğənni haqqında bunları yazıb:

"Şou-biznes əhlindən kim Aygün Kazımovaya söz atsa, bilsin ki, cavablarını Tolik verəcək.

Güvəndiyiniz dağlara çoxdan qar yağıb, ona görə də oturub yerinizdə indi də bərkgedənlik etmək istəyirsiniz. Amma bilin ki, sizdə bu alınmaz. Çünki bəziləridə bu cür göylə gedirdi, axırı gördük necə oldu.

İndi haralara düşüblər. Ona görə də yaxşısı budur, susun. Yoxsa..."