"Milli Şuradakılar seçki ərəfəsi vəziyyətdən istifadə edib turist səfərləri edirlər"
29 Avqust 2013 17:55 (UTC+04:00)
"Milli Şuranın namizədi Cəmil Həsənliyə imzanı Böyük Britaniyada
yox, Azərbaycanda toplayırlar. Əgər prezidentliyə namizədliyini
irəli sürübsə və namizədliyi təsdiqlənəcəksə, o da digər namizədlər
kimi Azərbaycanda lazımi proseduru həyata keçirməlidir: imza
toplamalı, sənədlərini təqdim etməli və sair işləri
görməlidir".
APA bildirir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra
katibinin müavini, deputatSiyavuş NovruzovMilli
Şura rəhbərliyinin prezidentliyə namizədliyini irəli sürdükləri
Cəmil Həsənli ilə birlikdə Londona dəvət olunmasına münasibət
bildirərkən deyib.
S.Novruzov qeyd edib ki, Milli Şura rəhbərliyinin namizədləri ilə
birlikdə Londona hansısa institut tərəfindən, bəlkə də ekspert
səviyyəsində dəvət olunmasının siyasətə heç bir aidiyyəti yoxdur:
"Bundan qabaq Eldar Namazov da deyirdi ki, onu ABŞ-a dəvət ediblər,
orada çoxsaylı görüşlər keçirəcək. Axırda bəlli oldu ki, gedib heç
konqresmenin köməkçisinin referenti ilə də görüş keçirməyib.
Keçirsə belə, bunun məsələyə heç bir aidiyyəti yoxdur. Bunların
indi tez-tez hansısa ölkədə - gah Tiflisdə, gah Moskvada, gah
Londonda görüş keçirmələrini bəyan etmələrinə baxmayaraq, nəticə
göz qabağındadır.
Məsələn, Rüstəm İbrahimbəyov olayları artıq göz qabağındadır. O
cümlədən indi gedib Londonda hansısa görüşün keçirilməsinin
məsələyə qətiyyən aidiyyəti yoxdur. Azərbaycanda hakimiyyəti
formalaşdıran xalqdır. Ona görə də xalqın yanına getmək lazımdır,
Londona yox".
YAP rəsmisi bildirib ki, Milli Şuradakılar seçki ərəfəsi
vəziyyətdən istifadə edib turist səfərləri edirlər: "Gedəcəklər,
gəzəcəklər, otellərdə qalacaqlar və s. Bunlar ancaq seçki
ərəfəsindən istifadə edirlər".