Movqe.Az xəbər verir ki, İngiltərə Müdafiə Nazirliyi, Suriyadan atıla biləcək raketləri havada vurma tutumuna sahib Typhoon tipli 6 raketi Kiprə göndərib. Nazirlikdən edilən şərhdə, bu addımın Kiprdəki baza bölgəsini qorumaq üçün tədbir məqsədli atıldığı deyilib. Yunanıstan Xarici İşlər Nazirliyi, Suriyada bir müdaxilə olması təqdirdə, Kiprin təhlükəsizliyi üçün nəzərəçarpacaq bir təhlükə olmadığını açıqlayıb. Nazir Yannis Kasulidis , Cənubi Kiprin sərhədləri, imkanları və suverenlik hüquqları sahələrində hər hansı bir surprizin gözlənmədiyinə dair də zəmanət verib.