“Qarabağ” məğlubiyyətə layiq deyildi”
30 Avqust 2013 11:21 (UTC+04:00)
"Düşünürəm ki, bu oyunda "Ayntraxt"ı tərlədə bildik. İlk
dəqiqələrdən bura məğlub olmaq üçün gəlmədiyimizi nümayiş etdirdik.
Sonadək mübarizə apardıq. Nəticə və göstərdiyimiz oyun da bunu
sübut etdi".
"Azerisport.com"un verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın
baş məşqçisi Qurban Qurbanov "Ayntraxt"la oyundan sonra deyib.
Q.Qurbanov komandasının məğlubiyyətə layiq olmadığını bildirib:
"Bakıda söz vermişdim ki, Frankfurtda daha yaxşı oynayacağıq və
cavab oyununda bunu etdik. Lakin heç də hər zaman istədiyin
alınmır. Erkən qol buraxmağımıza baxmayaraq, oyunumuz hardasa
alındı. Bir neçə təhlükəli epizodlar yaratdıq. Komandam
məğlubiyyətə layiq deyildi. Düşünürəm ki, biz qrup mərhələsində
oynaya bilərdik. Lakin artıq üçüncü dəfə pley-offda bəxtimizə güclü
rəqib düşdü. Reynaldoya gəlincə isə biz də onun bu oyunda meydana
start heyətində çıxmağını istərdik. Ancaq o tam hazır deyildi".
Qeyd edək ki, "Ayntraxt"a 1:2 hesabı ilə məğlub olan "Qarabağ"
Avropa Liqasında mübarizəni dayandırıb. Lakin UEFA-nın bu gün
keçiriləcək püşkatma mərasimini nəzərə alsaq, Ağdam təmsilçisin
qrup mərhələsində oynamaq şansı hələ də qalır.