Britaniya parlamenti Suriyaya müdaxiləyə icazə vermədi

30 Avqust 2013 12:57 (UTC+04:00)
Britaniya parlamenti hökumətin Suriyaya hərbi müdaxilə ilə bağlı təklifinə yox deyib. Icmalar palatasında keçirilən müzakirələrdə 272 nəfər təklifin leyhinə, 285 nəfər isə əleyhinə səs verib.

Səsvermənin nəticəsi bəlli olduqdan sonra isə Britaniyanın baş naziri Devid Kemeron deyib ki, parlamentin və xalqın iradəsinə hörmətlə yanaşır.