Prezident Administrasiyası Milli Şura rəhbərliyinin London səfərinə münasibət bildirdi
30 Avqust 2013 12:51 (UTC+04:00)
Azərbaycan Prezident Administrasiyası (PA) Milli
Şura rəhbərliyinin London səfərə dəvət edilməsinə münasibət
bildirib. Mövqe.az-ın məlumatına görə PA-nın şöbə müdiri Elnur
Aslanov jurnalistlərə açıqlamasında bildirib ki, istənilən şəxsin
turist səfəri normal qarşılanır.
E. Aslanov qeyd edib ki, istər müxalifət, istərsə
də hansısa siyasi partiya üzvünün xaricə gedib gəzməsi, istədiyi
görüşləri keçirməsi Azərbaycanda çox normal qarşılanır: "Çünki
ölkədə demokratik seçki ab-havası var. Bu baxımdan kiminsə harasa
səfər etməsi və görüşlər keçirməsi normal haldır".
E. Aslanov müxalifətə Londondan, Qərbdən dəstək
verilməsi ilə bağlı məlumatlara isə belə münasibət bildirib:
"Kimlərinsə kiməsə dəstəyindən danışdıqda, son vaxtlar müxtəlif
ölkələrin rəhbərlərinin, təmsilçilərinin Azərbaycana səfərlərini,
cənab prezidentlə görüşlərini və imzalanan sənədləri nəzərdən
keçirsək, görərik ki, Azərbaycanda aparılan uğurlu siyasət, ortaya
qoyduğu sosial iqtisadi inkişaf, siyasi sabitlik necə və hansı
səviyyədə dəstəklənir".