Suriyada Əsəd hökumətinin kimyəvi silahdan istifadə iddialarına
okeanın o tayından da reaksiya gəldi. Yaponiya Nazirlər Kabinetinin
baş katibi Yosihide Suqa bildirib ki, Böyük Britaniyanın baş naziri
Devid Kemeronun Suriyaya mümkün hərbi müdaxilə planı bu ölkənin
parlamenti tərəfindən qəbul olunmasa da, yapon hökumətinin bu
məsələdə mövqeyi dəyişməz qalır.
"Nazirlər Kabinetinin üzvləri belə qərara gəlib ki, heç bir
şəraitdə, heç bir halda kimyəvi silahdan istifadəyə qarşı dözümlü
olmayacaq. Yaponiya hökuməti hesab edir ki, məsuliyyət Əsəd
hökumətinin üzərindədir və biz bu məsələdə beynəlxalq ictimaiyyətlə
yaxından əməkdaşlıq etməyə davam edirik. Təbii ki, qaçqınlar kimi
acınacaqlı vəziyyətdə olan insanları humanitar yardımla təmin
edəcəyik." - deyə, Yosihide Suqa bildirib.
Suqa keçirdiyi mətbuat konfransında Amerika Birləşmiş Ştatlarının
təkbaşına Suriyaya hərbi müdaxilə etməsinin mümkünlüyü barədə suala
cavab verməkdən isə imtina edib.