Zamiq Nanədən danışdı: “Mən burda, o İstanbulda”

30 Avqust 2013 13:41 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, müğənni Zamiq Hüseynov son günlər gündəmdən düşməyən söz-söhbətə - aparıcı Nanə Ağamaliyeva ilə nişanlanması xəbərlərinə aydınlıq gətirib. Muz.TV-nin "Muzlife" verlişində çıxış edən müğənni bildirib ki, belə bir şey qeyri-mümkündür: Biz Nanə ilə dostuq. Belə bir şey yoxdur. O xəbər çıxan günü mən reklama çəkilirdim, Nanə isə İstanbulda idi. Şayiədir, inanmayın. Belə bir şey qətiyyən ola bilməz".