Hollande: "İngiltərə qoşulmasa da, Suriyaya hücum edəcəyik"

30 Avqust 2013 16:47 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, AFP, Fransanın çərşənbə günü Suriyaya hərbi əməliyya başlayacağını demişdi. Le Monde qəzetinə şərh edən Fransa prezidenti Hollande, İngiltərənin qərarının onlara təsir etməyəcəyini söyləyib.

Kimyəvi hücumun Suriya xalqına bərpa olunmaz bir ziyan verdiyini söyləyən Fransa lideri, bunun cəzasız qalmaması lazım olduğunu vurğulayıb. Suriyaya hərbi müdaxilə üçün hər şeyin hazır olduğunu söyləyən Hollande, İngiltərə qoşulmasa da mümkün hücumda yer alacaqlarını bildirib. Əsəd hökumətinə qarşı güclü hərəkat və ya sanksiyaları dəstəklədiklərini deyən François Hollande, müttəfiqlərlə bu mövzuda işlərə hazır olduqlarını söyləyib. Hollande, mümkün hərəkatın hökumətini təmin edəcək şərtlərlə qane etməsə addım atmayacaqlarını da sözlərinə əlavə edib.