Zəlzələ olub

30 Avqust 2013 17:20 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Çinin qərbindəki Sincan Uyğur Muxtar Vilayətinin paytaxtı Urumçidə 5,1 bal böyüklüyündə zəlzələ meydana gəldiyi bildirilib.

Şinhua agentliyi, Urumçi şəhərinin Tienşan bölgəsində yerli saatla 13:27-də 5.1 bal böyüklüyündə zəlzələ olub. Sarsıntının mərkəzi əsasının yerin 12 kilometr altında olduğu deyilib. 

Zəlzələ səbəbindən məktəblərdə şagirdlərin təcili evakuasiya edildiyi və vəzifəlilərin ziyanı təsbit işlərinə başladığı bildirilib. Orta şiddətdəki sarsıntının Urumçiyə 500 kilometr uzaqlıqdakı Korla şəhərindən də hiss edildiyi qeyd edilib.

Tienşan, Urumçinin cənub-şərqində şəhərin siyasət, iqtisadiyyat, maliyyə, mədəniyyət, təhsil və elm mərkəzlərinin olduğu ən əhəmiyyətli bölgəsidir. 

Zəlzələnin meydana gəldiyi bölgədə Çin Kommunist Partiyası, hökumət və hərbi vahidlərin yerli mərkəzi binaları var.