Bu da "Galaxy Gear" ağıllı saatı

30 Avqust 2013 18:30 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Samsungun 4 Sentyabr tarixində tanıdacağı ağıllı saatı "Galaxy Gear" ilə əlaqədar məlumat və görüntülər gəlməyə davam edir. EvLeaks tərəfindən modelə aid nizamlama tətbiqinin mətbuata sızmasından sonra,  xüsusiyyətləri də dəqiqləşməyə başlayıb. Yalnız Samsung cihazlarına xas olub-olmadığı mövzusunda dəqiq bir məlumatı olmayan Galaxy Gear, yəqin nizamlamalarını bir mobil cihaza bağlanaraq edəcək. Cihazın Bluetooth 4.0 aşağı enerji profiliylə yanaşı NFC uyğunlaşmasını da dəstəklədiyi bildirilir. Galaxy Gear modelində 2.5 düymlük 320x320 piksel həllolma əmsalı, bir OLED ekran və 1.5GHz saat sürətində işləyən cüt nüvəli bir prosessor olacağı deyilir. 1GB RAM, 4MP həllolma əmsalı kamera, 720p video qeydi, 6GB/8GB yığma tutumu, Jelly Bean əməliyyat sistemi, dinamik, akselerometre şəklində digər xüsusiyyətlər də mövcuddur.

Modelin ən çox maraqlanılan xüsusiyyəti olan batareya müddəti isə çox da ürəyaçıcı deyil . Qaynaqlar cihazın sıx istifadədə olunduğu 10 saatlıq bir istifadə müddəti təqdim edəcəyini söyləyir.  Bu da rəqiblərindən onu geridə qoyacaq. Çünki Casio, Cookoo kimi modellər 1-2 ilə çatan istifadə müddəti təqdim edir. Pebble, Sony Smartwatch 2 kimi modellər isə 6-7 günə qədər istifadə müddətinə malikdir.