HTC, Çin üçün mobil əməliyyat sistemi hazırlayacaq?

30 Avqust 2013 22:37 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, HTC Çinə xüsusi mobil əməliyyat sistemi hazırlayacağını bildirmişdi. Lakin sonra qərarını dəyişdirərək elə bir niyyətlərinin olmadığını söyləyib. HTC :"Çinə xüsusi bir əməliyyat sistemi hazırlamaq fikrimiz yoxdur. Bununla yanaşı Çin hökuməti, operator ortaqlarımız və tistifadəçilərimizə vaxt ayırmaq ,ağıllı telefon sahəsindəki ehtiyaclarını daha yaxşı anlaya bilmək bizim üçün əhəmiyyətlidir. Bu vəziyyət yeni texnologiyaların inkişaf etdirilməsi də daxil olmaqla müxtəlif mövzuları əhatə edir" deyib.