"Mikrafonu başlarına çırpacam" - Nadir
31 Avqust 2013 11:19 (UTC+04:00)
Müğənni Nadir Qafarzadə solo konsertinə həmkarlarını
çağırmayıb.
Axşam.az-ın məlumatına görə, sənətçi bu barədə "Xəzər"
telekanalında yayımlanan "Star life" verilişinə açıqlamasında
bildirib:
"Konsertdə heç bir müğənnini görmək istəmirəm. Heç yollarını da
gözləməyəcəm. Təkcə Ayanı və rəqqasə Fatiməni dəvət etmişəm. Yerdə
qalanlar ikiüzlüdür. Konsertə gəlib ağız əyməyə başlayacaqlar. Əgər
mən səhnədən belə bir şey görsəm, düşüb mikrafonu başlarına
çırpacam".
Nadir həmçinin deyib ki, gələcəkdə pulsuz konsert vermək
istəyir:
"Bu, mənim çoxdankı planımdır.Əgər fikrimi başqaları oğurlamasa,
gələcəkdə bunu reallaşdıracam".
Müğənni bir çox həmkarının "Maral" mahnısını ifa etmək üçün ondan
icazə almamasından şikayətlənib:
"Bu mahnını Azərbaycana mən gətirdim. Oxumaq üçün izn
istəməliydilər.Təkcə Mətanət İsgəndərli bunu edib, vəssalam. Buna
görə əsəbiləşmirəm. Qoy gedib "Maral"lamilyon qazansınlar, təki
gözləri məndən çəkilsin".
Xatırladaq ki, sənətçinin konserti sentyabrın 13-də "Yaşıl Teatr"da
baş tutacaq.