Bakıda sürücü mədəniyyətsizliyi ananı bədbəxt etdi

31 Avqust 2013 12:03 (UTC+04:00)
Bakının Binəqədi rayonu ərazisində iki qardaş bıçaqdan keçirilib. Milli.az-ın əldə etdiyi məlumata görə, Biləcəri qəsəbəsinin mərkəzində 32 yaşlı Yaşar Dərgahquliyev və onun 29 yaşlı qardaşı Vüqar bıçaqlanıblar. Zərbələrdən Yaşar dünyasını dəyişib, Vüqar isə xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, qətli törətməkdə şübhəli bilinən 20 yaşlı Elvin Mikayılov və 26 yaşlı Valeh Əsədullayev tutulublar. Qanlı hadisə yolda maşınlardan birinin digərini sıxması üstündə baş verib.

Taksidə gedən qardaşları NİVA markalı maşın yolda sıxıb. Bundan bir neçə dəqiqə sonra taksidə olan qardaşlar maşını saxladaraq mağazaya şirniyyat almağa giriblər. Bu zaman NİVA ilə onlara çatan E.Mikayılov və V.Əsədullayev maşından düşərək yolda baş vermiş hadisənin mübahisəsini aparıblar. Onlar arasında düşən davada hər iki qardaş bıçaqlanıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.