Sarkisyanın Moskvaya gözlənilən qara səfəri

31 Avqust 2013 13:15 (UTC+04:00)
Ermənistan dövlət başçısının Moskvaya uzunmüddətdir ki, gözlənilən səfəri nəyahət ki, sentyabrın 3-də baş tutacaq. Adətən ancaq ümumi məlumatlar yayan rəsmi mənbələrin informasiyasına əsaslanaraq demək olar ki, Moskvada iki ölkənin prezidentlərinin görüşməsi Ermənistan üçün çox-çox vacibdir. Axı Sarkisyan Rusiyanın paytaxtında "Bundan sonra kiminlə olacaq - Rusiya yoxsa Avropa Birliyi ilə?" sualına cavab verməlidir.

Görünür Ermənistan prezidenti öz həmkarını Avropa ilə iqtisadi əlaqələrin heç cür daima tərəfdaşı olan Rusiya ilə hərbi-texniki, iqtisadi əməkdaşlığa təsir etməyəcəyinə inandırmalı olacaq. Amma Ermənistan Avropa ilə razılıq imzalayandan sonra, Rusiyanın yaratdığı Gömrük İttifaqına necə daxil olacağı aydın deyil. Yəqin ki, bunun üzərindən xətt çəkmək lazım olacaq.

Ermənistanda Rusiya-Azərbaycan əlaqələrinin əhəmiyyətli dərəcədə yaxşılaşmasından, bir sıra iri neft-qaz müqavilələrindən, Moskvanın Bakıya silah satmasından narahatdırlar. Bunun üçün də bir sıra erməni politoloqlar rəhbərliyi heç bir halda öz strateji tərəfdaşı olan Rusiyadan ayrılmamağa çağırırlar. Avropanın söz verdiyi səadətin necə olacağı bilinmir, Rusiyanın xeyri isə aydındır.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunulacağı gözlənilir. Lakin, erməni politoloqlar Putinin Bakıda münaqişənin ancaq sülh yolu ilə həll edilə biləcəyini dediyini, heç kimin Rusiya ilə Ermənistan arasında yaranmış çatların sonda bu münaqişənin tamamilə başqa cür həllinə gətirib çıxa biləcəyinə heç kimin zəmanət vermədiyini deyirlər.

Qeyd edək ki, nə Rusiya, nə də qondarma Dağlıq Qarabağ respublikasını yaradan Ermənistan onu tanımayıb. Ona görədə ekspertlər hesab edirlər ki, Sarkisyanın Moskvaya gözlənilən səfəri Ermənistan üçün qara dövrü başlada bilər.