Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə müraciət

31 Avqust 2013 17:02 (UTC+04:00)

Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

BDYPİ-nin şöbə rəisi Kamran Əliyev  açıqlamasında bildirib ki, yay mövsümü ilə əlaqədar paytaxtdan rayonlara, rayonlardan paytaxta istirahətə gələnlər geri qayıtdıqları üçün magistral yollarda nəqliyyatın hərəkət intensivliyi artıb: "Buna görə də sürücülərdən yola çıxarkən son dərəcə ehtiyatlı olmaları, yüksək sürətdən yayınmaları, ötmə əməliyyatlarının düzgün və vaxtında həyata keçirmələri xahiş olunur". (APA)