Böyük Britaniyanın yeni səfiri Bakıya gəlib

6 Sentyabr 2013 12:33 (UTC+04:00)

Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri İrfan Sıddık Bakıya gəlib.


Bu barədə APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 Səfir Azərbaycan prezidenti İlham Əliyevə öz etimadnamələrini təqdim etdikdən sonra rəsmən fəaliyyətə başlayacaq.

 İ. Sıddık 1998-ci ildən Britaniya XİN-də çalışır. O, diplomat kimi Hindistan, Misir, Suriya, İraq və ABŞ-da fəaliyyət göstərib. İ. Sıddık Cek Strou və Marqaret Bekket xaric işlər naziri vəzifəsində çalışarkən onların şəxsi katibi olub.   

 

Xatırladaq ki, yeni səfir bu vəzifədə Piter Beytmanı əvəz edəcək.