3 Aprel 2012 20:08 (UTC+04:00)
"Mançester Siti" dünya futbolunda yeni rekord müəyyənləşdirməyə
hazırlaşır. Apasport.az saytının məlumatına görə, planetin ən
yüksək maliyyə imkanlarına malik "şəhərlilər" Madrid "Real"ının
futbolçusu Kriştianu Ronaldonun keçidi ilə bağlı rəsmi təklif irəli
sürüb. Artıq 2 hər klubun nümayəndələri transferlə bağlı görüşüb.
Mançester təmsilçisi 27 yaşlı portuqaliyalı hücumçuya görə
həmşəhərliləri "Mançester Yunayted"in 2009-cu ildə "Real"a satdığı
məbləğdən - 80 milyon funt sterlinqdən çox pul təklif edir. Bu isə
dünya futbolunda görünməmiş transfer olacağı deməkdir. Yəni
dünyanın ən bahalı futbolçusu olan Kriştianu həmin məbləğə
satılarsa, öz rekordunu yeniləmiş olacaq. Özü də milyarder ərəb
şeyxlərinin himayədarlıq etdiyi "Mançester Siti" Ronaldoya həftəyə
rekord məbləğ - 500 min funt sterlinq məvacib verməyə hazırdır.