ABŞ və Rusiya arasındakı buzlar əriyir

10 Sentyabr 2013 11:47 (UTC+04:00)

ABŞ Rusiyanın Suriyadakı kimyəvi silahın beynəlxalq nəzarətə götürülməsi təklifinə müsbət dəyərləndirib

ABŞ prezidenti Barak Obama Rusiyanın Suriyadakı kimyəvi silahın beynəlxalq nəzarətə götürülməsi təklifinə müsbət dəyərləndirib. 


Mövqe.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Barak Obama jurnalistlərin ona ünvanladığı "Rusiyanın təklifi ABŞ-ın Suriyaya qarşı hərbi müdaxiləni önləyə bilərmi" sualına "Əgər gerçəkləşərsə, ola bilər" cavabını verib. 


Bu arada ABŞ Senatı Suriyaya qarşı hərbi müdaxiləni nəzərdə tutan qətnamənin səsverməsini ertələyib.