Kür çayında boğulma hadisəsi baş verib

17 May 2012 18:20 (UTC+04:00)

Movqe.Az FHN-nin rəsmi saytına istinadən bildirir ki, Muğan Regional Mərkəzinə daxil olmuş məlumata əsasən, 1987-ci il təvəllüdlü Yusif Taleh oğlu Şıxəliyev Kür çayının Hacıqabul rayonu, Ağacanlı kəndi ərazisindən keçən hissəsində batıb. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə gəlib və axtarışlara başlayıblar.