Dieqo Forlan yenə "Qalatasaray" yolunda

3 Aprel 2012 20:10 (UTC+04:00)
Uruqvay milli komandasının lideri Dieqo Forlan yenə "Qalatasaray"ın maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, İtaliyanın "İnter" klubunun hücumçusunun yay transfer dövründə İstanbul təmsilçisinə keçəcəyi gözlənilir. Ötən yay Madrid "Atletiko"dan "İnter"ə keçən Forlan uğursuz mövsüm keçirir. Bu da əsasən zədə üzündən oynamağı, qayıdandan sonra yaxşı formada olmamağı ilə bağlıdır. 32 yaşlı hücumçu "İnter"in heyətində keçirdiyi 17 oyunda 2 qol vurub. Ona İspaniyanın "Malaqa" klubu da heyətində görmək istəyir. Qeyd edək ki, Forlan ötən il də "Qalatasaray"ın maraq dairəsində olsa da, keçidi sonda baş tutmadı