GTA 5 satış rekordu qırdı!

19 Sentyabr 2013 17:59 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Oyun sevərlərin böyük bir həyəcanla gözlədiyi GTA 5 bazara çıxarılmasından düz 24 saat sonra 800 milyon dollarlıq satış rəqəminə çataraq satış rekordu qırıb.

 GTA5-in qırdığı rekordun əhəmiyyətini anlamaq üçün yenə bu il ərzində bazara çıxarılan və ciddi bir heyran kütləsinə sahib olan Call of Duty: Black Ops 2-nin 15 gündə 1 milyon satışından söz edə bilərik. Hələ rəsmi bir açıqlama edilməsə də 10 milyon civarında satış reallaşdırdığı düşünülən GTA 5, 265 milyon dollarlıq istehsal xərcinin qarşılığını artıqlamasıyla alacaq kimi görünür.