Milli repçinin solo-konserti olacaq – FOTO

18 May 2012 13:02 (UTC+04:00)

Azərbaycanın rep ifaçısı PRoMete solo-konsert proqramı ilə çıxış edəcək. Movqe.Az xəbər portalının məlumatına görə, iyunun 3-də, saat 15:00-da paytaxtın idman və əyləncə mərkəzlərinin birində keçiriləcək solo-konsert proqramında, PRoMete "14" adlı albomunda yer alan xit mahnılarını canlı ifa edəcək.

Qeyd edək ki, həmin gün repçinin yeni veb-saytının və ən yeni klipinin də təqdimatı olacaq.

Məlumat üçün bildirək ki, ProMete 50-dən çox mahnı, 7 klip, 4 bədii film üçün soundtrackin müəllifidir. O, "Günəş şəhəri" bədii filmində və "Cavanlıq" serialında baş rolun ifaçısı kimi tanınır.

Fuad Mədətov

Movqe.Az