Gürcüstanda gey parad keçirilib

18 May 2012 14:43 (UTC+04:00)

Movqe.Az "Euronews"a istinadən bildirir ki, Gürcüstanın paytaxtı Tiflisdə homoseksuallar, Beynəlxalq Homofobi Əleyhdarlığı Günündə haqqlarını müdafiə etmək üçün küçələrə tökülüb.

Ölkədə ilk dəfə təşkil edilən yürüyüşə əllərində göyqurşağı rəngi bayraqları ilə təxminən 40 nümayişçi qatılıb.

Tiflisin mərkəzində homoseksuallarla, yürüyüşə maneə olmağa çalışan bir qrup radikal Ortodoks arasında qalmaqal yaşanıb.Tiflis polisi hadisəyə müdaxilə edib. Polis hər iki tərəfdən də bir neçə nümayişçini nəzarətə altına alıb.