Suriyalı müxaliflərdən "Şəriət ətrafında birləşək" çağırışı

25 Sentyabr 2013 17:43 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Suriyadakı silahlı müxaliflərin arasındakı kilid qruplar şərh verərək Suriya Milli Koalisiyasını tanımadıqlarını və bölünmələri aradan qaldırmaq üçün şəriət damı altında birləşmə çağırışı edib.

Suriyadakı 13 silahlı müxalif qrup tərəfindən edilən ortaq şərhdə "Suriya Milli Koalisiyası və təklif etdikləri Əhməd Tomeh liderliyindəki hökumət heç bir şəkildə bizi təmsil etmir və onları tanımırıq" deyilib. Şərhdə, ortaq bir İslami birlik altında toplanma çağırışı edilərək belə deyilib:

"İmza atan güclər olaraq, bütün hərbi və mülki qüvvələri yaşamağın yeganə qaynağı olacaq şəriətə söykənən aydın bir İslami dam altında birləşməyə çağırırıq." Şərhə qoşulan 13 qrup arasında Azad Suriya Ordusu və Hələb yaxınlarında fəaliyyət göstərən Liva əl Tövhid və Əl-Qaidə ilə əlaqəli olduğu deyilən Əl Nusra Cəbhəsi də var.