Zəlzələ bölgəsində yeni evlər tikiləcək

19 May 2012 10:39 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin Zaqatala şəhərində yaradılmış operativ qərargahından verilən məlumata görə, zəlzələ bölgəsində ilk tam qəzalı vəziyyətə düşdüyü müəyyən edilən evlərin söküntüsünə başlanılıb .

Söküntü işlərini podratçı tikinti təşkilatları həyata keçirir. Zəlzələ bölgəsində 8 tikinti təşkilatının bazası fəaliyyət göstərir. Belə bazalardan biri də "Gilan-İnşaat" MMC tərəfindən Gözbarax kəndində yaradılıb.

Bazanın nümayəndəsi Elxan Məmmədov bildirib ki, hazırda bazaya Bakı şəhərindən lazımi tikinti materialları daşınır. Mühəndis və fəhlələrin qalması üçün bazada yardımçı tikililər də inşa olunur. Göstəriş verilən kimi evlərin tikintisinə başlanılacaq.