Bu günə gözlənilən hava şəraiti
19 May 2012 11:55 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin
məlumatına görə Bakıda və Abşeron yarımadasında mayın
19-dahava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı,
gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim
cənub-şərq küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-21, gündüz 25-30 dərəcə isti
olacaq.
Azərbaycanın rayonlarına gəlincə mayın 19-daəksər rayonlarda hava
şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 7-12,
gündüz 19-24 dərəcə isti olacaq.
Mayın 19-20-dəAbşeron yarımadasında hava şəraitinin dəyişkən
buludıu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.