Əflatun Amaşov: “Bizi ən çox narahat edən seçki ərəfəsində bəzi jurnalistlərin namizədlərlə bağlı qara “piar” aparmasıdır”

2 Oktyabr 2013 12:56 (UTC+04:00)

"Bizi ən çox narahat edən məsələ seçkilər ərəfəsində bəzi jurnalistlər tərəfindən namizədlərlə bağlı ictimaiyyətdə qara piarın aparılmasıdır".


Bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O qeyd edib ki, qara "piar" aparılması ilə bağlı hələlik Mətbuat Şurasına rəsmi müraciət daxil olmayıb: "Amma biz "Qaynar xətt" yaradacağıq ki, belə məsələlərlə respublikanın bütün bölgələrindən bu xəttə müraciət etmək mümkün olacaq".

 

Ə. Amaşov qeyd edib ki, keçirilən aksiyalarda, mitinqlərdə jurnalist-polis münasibətlərinin aydınlaşdırılması üçün monitorinq qrupu da yaradılıb. MŞ sədri bildirib ki, təbliğat-təşviqat kampaniyasında iştirak etmək üçün 50 KİV qeydiyyatdan keçib: "Biz seçkilərdə sonra seçkilərdəki reklamlardan KİV-in nə qədər gəlir götürməsi ilə bağlı monitorinq aparacağıq".