Kəbəni genişləndirmə işləri davam edir

2 Oktyabr 2013 15:51 (UTC+04:00)

Movqe.Az xəbər verir ki,  Kəbəni genişləndirmə işləri davam edir. Layihə səbəbiylə əvvəl bir hissəsi yıxılan dam qatındakı təvaf sahəsi də istifadə edilə bilmir. Kəbənin siluetini (1. kölgə şəklində rəsm; 2. məc. qaraltı, qaranlıqda, dumanda kölgə kimi görünən şey) dəyişdirən polad platformada isə Kəbəni görə bilmədən təvaf edilir. Kəbədə İnkişafı Layihəsi səbəbiylə bu il bütün ölkələrin həccə gedən insan sayı azaldılmışdı. Lakin yenə də milyonlarla insan Məkkəyə axın edib. Xüsusilə yaşlı və əlil hacı namizədləri təvaf əsnasında böyük çətinliklər yaşayır. Bu il Kəbənin ziyarətçilərini gözləyən başqa sürpriz isə Kəbənin minarələrinin də sökülməyə başlanmasıdır. Razaman ayında əlil arabasıyla təvaf edən hacılar arasında izdiham yaşanmışdı. Daha çox sıxlıq olan Həcc dövründə eyni izdihamın yaşanmaması üçün Kəbənin ətrafına iki mərtəbəli, polad bir platforma hazırlanması qərarlaşdırılıb. 

Azərbaycanda Həcc ziyarətinə gedəcək zəvvarların ilk reysi oktyabrın 3-də yola salınacaq. Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun Movqe.az-a verdiyi məlumata görə, Həcc ziyarəti oktyabrın 3-dən başlayacaq və 8-dək davam edəcək: " Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfər olacaq. Oktyabrın 3-də bir reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq. Ümumilikdə bu il Azərbaycandan 3600 zəvvar Həcc ziyarətinə gedəcək". M. Payızov Səudiyyə Ərəbistanında tutulacaq otellərin və kirayə götürüləcək çadırların qiymətinin bahalaşmasının Azərbaycanda da Həcc qiymətlərinə təsirsiz ötüşmədiyini söylədi: "Qiymətlər bahalaşdığından Azərbaycanda da Həcc qiymətlərində 150 manatadək artım oldu".

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların qalacaqları hotellərdən asılı olaraq qiymətlərə görə iki variantda xidmət təqdim olunur. Həcc ziyarəti zamanı ümumi ziyarət xərci 3250 manata başa gələn zəvvarlar 8 nəfərlik otaqda, ümumi xərci 4100 manata başa gələnlər isə 4 nəfərlik otaqda yerləşəcəklər. Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar üçün kvota 1400 nəfərdir.  Zəvvarların Həcc ziyarətinə aparılmasını Fransanın "France Air" aviaşirkəti təşkil edir.