Barak Obama: “ABŞ İrana qarşı təzyiqlərin və sanksiyaların davam etdirilməsi niyyətindədir”
20 May 2012 11:30 (UTC+04:00)
"Biz diplomatik yollarla
İrana qarşı təzyiqlərin və sanksiyaların davam etdirilməsi
niyyətindəyik". APA-nın
məlumatına görə, bunu "böyük səkkizlik" ölkələrinin ABŞ-da
keçirilən sammitində iştirak edən Barak Obama deyib. Dünya
təhlükəsizliyinin də müzakirə olunduğu görüşdə "böyük səkkizliyə"
üzv olan digər ölkə nümayəndələri də B. Obama ilə həmfikir olaraq
Tehranın mübahisəli nüvə proqramı ilə bağlı daha çox məlumat əldə
etmək məqsədilə İrana qarşı təzyiqlərin davam etdirilməsinə
razılaşıblar.
Qeyd edək ki, "böyük səkkizlik" ölkələrinin növbəti sammiti ABŞ
prezidentinin Merilend ştatında yerləşən Kemp-Devid iqamətgahında
başlayıb. ABŞ, Böyük Britaniya, Kanada, İtaliya, Yaponiya, Rusiya
Almaniya və Fransa "böyük səkkizliyə" daxil olan
ölkələrdir.