İtaliyada zəlzələ olub

21 May 2012 11:49 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İtaliyanın şimalında 5.9bal gücündə zəlzələ olub. Zəlzələdə  ən azı 3nəfərin dünyasını dəyişdiyi bildirilib. Zəlzələ 05.04radələrində Modena şəhəri yaxınlığında, yerin 10km dərinliyində reallaşıb. Hazırda axtarış xilasetmə qruplarının zərər görmüş binalardakı işləri davam edir. Şiddətli təkan Modena şəhəri ilə yanaşı Bologna, Ferrara, Rovigo, Verona ve Mantua kimi şəhərlərdə də hiss olunub. Xatırladaq ki, 2009-cu ildə İtaliyada baş vermiş zəlzələdə 300-ə yaxın insan həlak olmuşdu.