Rekord miqdarda qum qalaqları

3 Aprel 2012 20:17 (UTC+04:00)
Tədqiqatçılar tərəfindən Şimal dənizinin dibində nəhəng qum qalaqları aşkar edilib. Alimlərin sözlərinə görə, qum dibin səthinə 400-2,6 mln. il əvvəl orada mövcud olmuş çatlardan daxil olub. Qum qalaqları o qədər çoxdur ki, onunla bütün Manhetteni 160 m qalınlığında qumla örtmək mümkün olardı.

Aşkar edilmiş qumun həcmi rekord miqdarda - 10 kubkm hesablanıb. Qum dənizin dibində 260 kvkm sahəni örtür, təbəqənin qalınlığı 125 m-dir. Qum 700 metrlik lil çöküntüləri və 500 metrlik su altında yerləşir.