Tunellər tıxacla bağlanacaq
3 Aprel 2012 20:17 (UTC+04:00)
İyirmi il əvvəl Çikaqoda istifadə edilməyən yeraltı tunellərdən
birində suyun bütün yeraltı sistem vasitəsilə yayılması 250 min
nəfər əhalinin köçürülməsinə və 2 mlrd. dollar məbləğində zərərə
səbəb olmuşdu. Oraya dolmuş suyu altı həftə ərzində boşaltmaq
mümkün olmuşdur.
ABŞ-ın Milli Təhlükəsizlik Departamentində bu cür vəziyyətin
öhdəsindən gəlməyə imkan verən sistem tətbiq etmək qərara
gəlmişlər. Yer altında xüsusi qapı - şlüzlərin quraşdırılması çox
xərc tələb edən iş olduğundan ucuz alternativ sistem hazırlamaq
qərara alınmışdır.
Tunellərdə su axınlarından mühafizə olunmaq üçün bir neçə saniyə
müddətində su və ya hava ilə doldurulan tıxaclardan istifadə etmək
təklif olunmuşdur. Sakit okean Şimali-Qərbi Milli Laboratoriyası,
Qərbi Vircinya Universiteti və ILC Dover şirkətindən olan
mütəxəssislərlə əməkdaşlıq sayəsində uzunluğu 10 m, eni 5 m və
həcmi 132, 5 min kubsm olan tıxac hazırlandı. Tıxac tuneldə xüsusi
bir yerdə saxlanacaq və onu məsafədən doldurmaq mümkün olacaq.
Tıxacın ölçüsü tunelin diametrindən böyükdür. Bu, ona hamar olmayan
müxtəlif səthləri doldurmağa imkan verir. Əvvəlcə tıxac bir laydan
ibarət olsa da, bu cür konstruksiya sınağa tab gətirmədiyindən
mütəxəssislər onu üç təbəqədən hazırlayıblar. İki təbəqə
vektrandan, daxildəki bir təbəqə isə poliuretandan düzəldiblər.