Yeni prezident bəlli oldu

21 May 2012 13:35 (UTC+04:00)

Movqe.Az "Euronews"a istinadən bildirir ki, Serbiyada Prezident seçkiləri keçirilib və yeni Prezident müxalif milliyyətçi lider Tomislav Nikoliç seçilib.

Seçkilərin ikinci turunda Demokratik Partiya (DS) lideri Prezident Boris Tadiç ilə Serb İnkişaf Partiyası (SNS) lideri Tomislav Nikoliç yarışıb. Dəqiq olmayan nəticələrə görə, Nikoliç rəqibindən 2.5 səs çoxluğu ilə prezident seçilib.

Nəticələrin müəyyən olmasından sonra etdiyi ilk çıxışında, Nikoliç sərt mesajlar verməkdən boyun qaçırıb:

"Bu seçkilər nəticəni göstərdi. Verdiyim sözləri tutacağam, Serbiya Avropa Birliyi yolundan çıxmayacaq. Kosovadakı soydaşlarımızı qoruyacağıq. Bu seçki Avropa Birliyi üçün bir referendum deyil, lakin Tadiç və Demokratik Partiya tərəfindən çıxarılan problemlərin həlli üçün imkandır."

Tadiçin iki hakimiyyətlik dövründən sonra Serbiya seçkilərə iqtisadi krizis atmosferində girib. Ölkədə işsizlik 24% artıb.