Günəş tutuldu

21 May 2012 13:43 (UTC+04:00)

Movqe.Az CNN-nə istinadən bildirir ki, Səma yenə gözəl bir görünüşə səhnə olub. Dünya yenə tam günəş tutulması hadisəsi yaşayıb.

Ay bir dəfə də dünya ilə günəş arasından keçib. Günəşin tam tutulmasını bir çox ölkədə minlərlə insan maraqla izləyib.

Günəş tutulması hadisəsi ən yaxşı Yaponiyanın paytaxtı Tokiodan, Alaskadakı Aleutian adalarından və Amerikanın cənub-qərb əyalətlərindən izlənilib.

Ayın kölgəsi Böyük Okean üzərində olan zaman, günəşin ən uzun tutulma müddəti və ən böyük örtülməsi meydana gəlib. 

Şərqə doğru hərəkət edən kölgə təxminən 3 saat 33 dəqiqədən sonra səmanı tərk edib.