Ermənistan Ordusunun zabiti minaya düşərək həlak olub

17 Oktyabr 2013 14:13 (UTC+04:00)

Ermənistan Ordusunun zabiti hərbi hissənin nəzarət etdiyi ərazidə mina partlaması nəticəsində həlak olub.


APA-nın "Novosti Armeniya"ya istinadən xəbərinə görə, 1988-ci il təvəllüdlü kapitan, mühəndis-minaaxtaran rotasının komandiri Gevork Mnatsakanyan mina partlayışı nəticəsində ölümcül yaralanıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

 

Bundan başqa, baş leytenant Haruş Ambarsumyan, çağırışçı sıravi əsgər Narek Akopyan, müqavilə ilə xidmət edən sıravi Edqar Arutyunyan yaralanaq Mərkəzi Hərbi Klinik Hospitala yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.