15 il əvvəl girdiyi mərci qazandı

18 Oktyabr 2013 17:49 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, 18 aylıq nəvəsi Hari Vilsonun böyüyüb "Uels Milli Komandasında oynayacağı" na mərc girən baba uzaqgörənliyi ilə 15 il sonra 159400 manat pul qazanıb. 16 yaşındakı futbolçu Hari Vilson, çərşənbə axşamı Belçika qarşısında Uels Milli Komandasının formasını geyərək, ölkəsi adına milli formanı daşıyan ən gənc oyunçu olma ünvanını qazanıb. Vilsonun bu müvəffəqiyyətinə ən çox sevinən ad isə nəvəsi üzərinə bəhs oynayan Pitr Edvards olub. Edvards, nəvəsi hələ 18 aylıq olanda "Bu uşaq böyüyəndə milli komanda forması geyəcək" deyərək 50 sterlinqlik mərcə girib. 15 il sonra Uels Milli Komndasıyla sahəyə çıxan Vilson, babasına 125 min sterlinq qazandırıb. Maç günü patronuna "Nəvəm bu gecə oyuna çıxarsa sabah məni işə gözləməyin" deyən baba Edvards, bir il tez təqaüddə olduğunu açıqlayıb. Edvads "Bundan sonra arvadımla daha çox vaxt keçirəcəyəm" deyib.