Şeron qrupuna efirlərdə qadağa qoyulubmu?!

19 Oktyabr 2013 12:17 (UTC+04:00)

Ülvi şayiələrə aydınlıq gətirib. Deyilənə görə, Şeron qrupuna efirlərdə qadağa qoyulub. Açıqlama üçün Gecce.az-a üz tutan Ülvi, bu xəbəri yalanlayıb. O bildirib ki, bu xəbər heç də həqiqətə uyğun deyil.

" Bizim qrupun efirdə çıxış etmələri ilə bağlı heç bir qadağa qoyulmayıb. Dövlət və özəl tədbirlərdə iştirak edirik. Sadəcə olaraq toylara başımız qarışıb. Bu dezinformasiyanı yaymaqda maraqlı olan insanlar var."

Sonda müğənni yeni mahnılar üzərində işlədiklərini, 2-si hacı Nazimə məxsus olan 4 mahnının tezliklə radiolarda səslənəcəyini bildirib.

Tezliklə mahnılardan birinə klip çəkiləcək.