Apple şirkətinin kapitallaşması 500 milyarddan aşaı düşüb. Amerikan saytlarına istinadən, Movqe.Az bildirir ki, cəmi iki ay öncə bu şirkətin dəyəri 700 milyarddan çox idi. Lakin hal-hazırda bu şirkətin dəyəri 495,7 milyarddır. May ayının əvvəlindən aksiyalar 9% ucuzlaşıb. Bir ay ərzindəysə 13% aşağı düşüb.
Bu Apple şirkətinin keçmiş populyarlığını itirdiyindən xəbər verir.
Türkan Nadirqızı
Movqe.Az