Kiçik qızları təcavüz edən diplomat sərhəddən xaric olundu
22 May 2012 12:22 (UTC+04:00)
Movqe.Az CNN-nə istinadən bildirir ki, İran
Braziliyada üzgüçülük hovuzunda kiçik qızları təcavüz edən
diplomatın vəzifəsinə son qoyub.
Əl Ərəbiyənin xəbərinə görə, İran Xarici İşlər Nazirliyindən
verilən məlumatda, "İstintaqların nəticəsində, Braziliyadakı İran
Səfirliyində vəzifəli iranlı diplomatın davranışları cəmiyyət və
İslami əxlaqla uyğunlaşmır və bu səbəblə diplomatın vəzifəsinə son
verilib".
Braziliya mətbuatı, diplomatın 51 yaşlı Hikmetullah Qurbani
olduğunu və keçən ay paytaxt Braziliyadakı üzgüçülük hovuzunda
yaşları 9 və 15 olan 4 qıza təzavüz etdiyini yazıb.
Diplomatın hadisədən sonra həbs olunduğu, ancaq toxunulmazlığı
olduğu üçün sərbəst buraxıldığı qeyd edilib.
İran Səfirliyi isə hadisədən dərhal sonra diplomatını müdafiə
edərək, iddiaların "mədəni səhv kimi başa düşülməsindən"
qaynaqlandığını bildirib.