F. Xələfova və Timati Xəzərin sahilində - FOTO

22 May 2012 13:53 (UTC+04:00)

Rusiyanın məşhur müğənnisi Timati yenidən Bakıya gəlir. Movqe.Az xəbər portalının məlumatına görə, mayın 25-də "Qara Ulduz" ("Black Star") ləqəbli Timati Nardaranda yerləşən "Sea Breez Residences&Hotel"də konsert proqramı ilə çıxış edəcək.

DJ Mansur və Wild Rust-un müşayiəti ilə səhnədə öz performasını nümayiş etdirəcək Timatinin konserti axşam saat 21.00-da başlayacaq.

Həmin gün əməkdar incəsənət xadimi, məşhur modelyer Fəxriyyə Xələfovanın kolleksiyasının yeni üzvü olan "Caspian essence" ətirlərinin təqdimatı da olacaq.

Qeyd edək ki, Timati Fəxriyyə Xələfovanın müəllifi olduğu "Nuray" ətirlər kolleksiyasının təqdimat mərasimində də iştirak edib.

Fuad Mədətov

Movqe.Az