Azərbaycanda uşaq bağcaları məcburi olacaq

25 Oktyabr 2013 12:47 (UTC+04:00)

Azərbaycanda məktəbə hazırlıq təhsilinin icbari olması nəzərdə tutulur. Movqe.az-ın məlumatına görə, ölkə Prezidentinin bu il oktyabrın 24-də imzaladığı Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na əsasən, Azərbaycanda məktəbə hazırlıq təhsilinin 1 il ərzində icbariliyinin təmin olunması planlaşdırılır.


Bununla yanaşı, məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni kurikulumların hazırlanması nəzərdə tutulur.


Strategiyaya əsasən, uşaqların davamlı inkişafına yönəlmiş pedaqoji fəaliyyətə dəstək vermək məqsədi ilə valideynlərin sistemli şəkildə pedaqoji-psixoloji maarifləndirilməsi üçün "Səriştəli valideynlər" proqramı hazırlanacaq.