"Everest"də öldü
22 May 2012 14:14 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Dünyanın ən yüksək
zirvəsi Everest daha bir can alıb. Keçən həftənin sonu zirvəyə
qalxan alpinist qrupu qayıdarkən fırtınaya düşüb.
8 min 850 metrə çıxan alpinistlər əvvəlcədən təyin olunan eniş
rotasını çaşdırarkən faciə baş verib. Katmandudakı Asiya Trekking
Bürosunun dünən verdiyi məlumata görə, 61 yaşlı alman vətəndaşı
olan həkim Eberhard Schaaf ilə Nepalda doğulan Kanada vətəndaşı
koreyalı alpinist dünyasını dəyişib.
Alman alpinistin "yüksək beyin şişi" ilə bağlı olaraq dünyasını
dəyişdiyi güman edilir. 2 nəfərin isə hələ də itkin olduğu
bildirilib. Rəsmilər, dağda yerləşən mərkəz düşərgədən hadisə ilə
əlaqədar olaraq ətraflı məlumat gözlədiklərini, itkin alpinistlərin
axtarış işlərinin davam etdiyini bildiriblər.
Ziba Yusifova
Movqe.Az