İtkin aktyor ortaya çıxdı

22 May 2012 14:21 (UTC+04:00)
Mayın 9-dan bəri gözlərə görünməyən "Terminator 3" filminin məşhur aktyoru Nik Stahlın reabilitasiya mərkəzində yatdığı məlum olub.
Bazar günü yoldaşları ilə e-poçt vasitəsi ilə əlaqə saxlayan Stahl bir müddət reabilitasiya mərkəzində qalacağını bildirib.
Stahlın həyat yoldaşı Los Ancelesdə may ayının 9-dan bəri itən Stahl üçün itkin elanı verib və polisə müraciət edib.