Azərbaycan-İran arasında diplomatik kriz
22 May 2012 15:08 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, İran ilə
Azərbaycan arasında "Avroviziya" üstündə davam edən söz dueli
diplomatik krizlə nəticələnib.
İranın Bakıdakı səfiri Məhəmməd Bağır Bəhraminin müşavirələr üçün
geri çağrıldığı bildirilib.
Azərbaycan prezidentliyində vəzifəli Əli Həsənovun İranı Azərbaycan
əleyhdarı təbliğatın mərkəzi olaraq xarakterizə etməsindən sonra,
Tehranın səfirini çağırması diqqət çəkib.
Həsənov Bakıda keçiriləcək "Avroviziya" Mahnı Yarışmasının İran
tərəfindən ''geylərin paradı'' olaraq xarakterizə edilməsinə
reaksiya verərək, Tehranı Azərbaycanın müvəffəqiyyətini qəbul edə
bilməməklə təqsirləndirib.