Gənclərin yaradıcılıq müsabiqəsi başlayıb

28 Oktyabr 2013 14:52 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Biz Azərbaycanlıyıq" gənclərin yaradıcılıq müsabiqəsi layihəsi həyata keçirilməyə başlamışdır. Layihə müasir dünyamızda öz yeri və rolu olan Azərbaycanı hazırki zirvəyə ucaldan və Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyev tərəfindən yaradılan Azərbaycançılıq məfkurəsinin gənclər arasından təbliğinə xidmət edir.

Layihənin əsas ideyasını gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək olmaq və bunun üçün "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramından irəli gələrək Ümumilli Lider Heydər Əliyevin AZƏRBAYCANÇILIQ MƏFKURƏSİNİ gənclər arasında təbliğ etmək təşkil edir.