Azərbaycanda müəllimlərin maaşı aşağıdır

22 May 2012 17:57 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Azərbaycanda minimum əmək haqqı 93 manat 50 qəpikdir.

Azərbaycan prezidenti İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında keçən il sərəncam imzalayıb.

Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılıb. Yəni hal-hazırda müəllimlər 269,5 manat maaş alırlar.

 Xatırladaq ki, ölkədə rəsmi statistikaya görə, yaşayış minimumum 95 manatdır.  Hər gün qiymətlərin artdığını nəzərə alsaq, müəllimlərin əmək haqqının onların minimum ehtiyaclarını ödəməyə belə bəs etmədiyini demək olar.Lakin bu gün buna fikir verən yoxdur. 

Sonrada müəllimlərin rüşvət almasından şikayətlənirlər

Onuda qeyd edək ki, müəllimlər yenədə aldıqları maaşdan narazıdırlar.

Ali təhsil müəssisələrindən birində çalışan Sevin Axundzadə deyir ki, aldığı maaşla dolanmaq olduqca çətindir.

"Mənim 45 yaşım var. Aldığım maaş isə 250 manatdır. Bu məbləğə bir ay dolanmaq mümkün deyil. Bu səbəbdən də, magistraturaya tələbə hazırlayıram. Əslində mənim aldığım nəvacib yetərincə olsaydı, mən kənar işlə məşğul olmazdım", - S.Axundzadə deyir.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda müəllimlərin maaş məsələsi aktual problemlərdən biridir. Lakin bu problem hələdə həllini tapmır.

Xatırladaq ki. Rusiya müəllimlərin maaşı qaldıraraq onları dövlət xidmətində çalışanlarla bir səviyyədə tutdu.

Hətda bəyənmədiyimiz Ermənistan belə bizdən qabaqdadır

Belə ki, Rusiyada orta məktəb müəllimlərinin minimum əmək haqqı 600-1000 dollar, Belarusda 370 dollar, Gürcüstanda 400-600 dollar, Ermənistanda 300-450 dollar, Qazaxıstanda 440 dollar, Özbəkistanda isə hətta 4 min dollardır. Yəni hətda Ermanistan belə bizdən qabaqdadır. Ən acınacaqlı vəziyyət isə Azərbaycandadır. Qeyd edək ki, Azərbaycanla müqayisədə Ermənistanın iqtisadiyyəti bərbat vəziyyətdədir. Lakin müəllimjlərə verdiyi dəyər daha yüksəkdir.

"40-45 min alan müəllim"

ABŞ, Avropada və digər inkişaf etmiş ölkələrdə bu göstərici daha yüksəkdir. Belə ki, ABŞ-da müəllimin orta illik əmək haqqı 40-45 min dollar arasındadır. Bəzi ştatlarda isə bu göstərici 60 min dollara çatır. Avropa müəllimləri isə ayda minimum 1500-3800 avro əmək haqqı alır. Məsələn, Lüksemburqda müəllim 7 min, Isveçrədə 5 min, Almaniyada 5 min, Niderlandda 4400, Irlandiyada 4300, Şotlandiyada 3800, Cənubi Koreyada 4300, Yaponiyada 4000, Avstraliyada 3700, Ispaniyada 3700, Danimarkada 3600, Ingiltərədə 3600, Belçikada 3500, Finlandiyada 3300, Avstriyada 3200, Yeni Zenlandiyada 3100, Norveçdə 3 min, Portuqaliyada 2800, Italiyada 2800, Fransada 2700, Sloveniyada 2500, Yunanıstanda 2500, Islandiyada 2300, Çexiyada 1800, Israildə 1700, Polşada 1300, Macarıstanda 1300, Estoniyada 1000 dollar, Səudiyyə Ərəbistanında 800-1000, Tunisdə isə 500 dollar əmək haqqı alır.
Azərbaycan isə bu sırada sonunca yerdə dayanır.

Türkan Nadirqızı

Movqe.Az