Sürüşmə zonalarının xəritəsi hazırlanır

29 Oktyabr 2013 21:55 (UTC+04:00)

Azərbaycanda sürüşmə zonalarının xəritəsi hazırlanır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini Abid Şərifov bildirib.Onun sözlərinə görə, xəritənin hazırlanması ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olur: "Xəritədə bütün sürüşmə zonaları və tikinti üçün təhlükəli ərazilər öz əksini tapacaq".Sürüşmələrin səbəblərindən danışan A.Şərifov bildirib ki, hazırda baş verən əksər sürüşmələr insan amili ilə bağlıdır: "Ağsu aşırımında fəaliyyət göstərən kafe və restoranların kanalizasitya sistemi mövcud deyil, quyulara axıdılan su da təmizlənmədən torpağa gedir və bu da sürüşməyə səbəb olur. Eyni problem Bakıdakı sürüşmə zonalarında da müşahidə olunur. İnsanlar özləri başa düşməlidirlər ki, torpağa axıdılan sular onların evləri üçün təhlükə yaradır". Qeyd edək ki, son bir həftə ərzində yaranan atmosfer çöküntüləri nəticəsində Abşeron yarımadasının Zığ sürüşmə sahəsində, Şamaxıdakı sürüşmə sahələrində və Lənkəran-Lerik yolunda aktivləşmə müşahidə olunur.