Azərbaycanda 57 yaşlı kişi özünü güllələyib

30 Oktyabr 2013 10:33 (UTC+04:00)

Azərbaycanın Qəbələ rayonunda intihar hadisəsi baş verib.


Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Nic qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1956-cı il təvəllüdlü Vaqif Allahverən oğlu Qəribov ov tüfəngi ilə özünü güllələyib. İntiharın səbəbləri məlum deyil.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.