Azərbaycan Prezidenti Avronest PA-nın II sessiyasının rəsmi açılış mərasimində iştirak edib

3 Aprel 2012 21:18 (UTC+04:00)
Movqe.az xəbər verir ki, bü gün Bakıda, Milli Məclisin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılış mərasimi olub. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Sessiyanı giriş sözü ilə açan Milli Məclisin sədri Oqtay Əsədov Prezident İlham Əliyevi və qonaqları salamlayıb.

Azərbaycan Prezidenti mərasimdə nitq söyləyib.

Sonra Avropa Parlamentinin sədri Martin Şultsun sessiya iştirakçılarına videomüraciəti nümayiş etdirilib.

Avronest PA-nın birinci sessiyası Strasburqda keçirilmişdir. İkinci sessiyanın Bakıda keçirilməsi Azərbaycan üçün çox önəmlidir.

Sessiyada Avropa ölkələrindən 200-dək nümayəndə, o cümlədən deputatlar, ictimai xadimlər, Avropa Parlamentində təmsil olunan siyasi partiyaların təmsilçiləri iştirak edirlər.

Tural QABULOĞLU